Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumu davam edir

Mədəniyyət

02.05.2024 - 10:06

Forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir. AYNA xəbər verir ki, forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

Həmçinin bu gün forumun bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Müəllif: Ayna.az