Məhkəmə Jerar Depardye barədə qərar verib

Dünya

14.05.2025 - 08:36

Həkimlər Klinikalar SEO Xidməti

Aktyor 18 ay həbs cəzasına məhkum edilib

Fransa məhkəməsi aktyor Jerar Depardyeni ona qarşı ittihamlar irəli sürən iki qadına qarşı cinsi təcavüzdə təqsirli bilib. O 18 ay şərti cəza alıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, Depardye günahını etiraf etməyib. Hökmün elanında aktyorun özü iştirak etməyib. Çünki hazırda Azor adalarında film çəkir.

Aktyor 2021-ci ildə "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına cinsi təcavüzdə ittiham olunub. Məhkəmənin məlumatına görə, aktyoru zorakılıqda ittiham edən Amelie K. adlı quruluşçu rəssam məhkəmə zamanı hadisə ilə bağlı ardıcıl ifadələr verib, Depardyenin ifadəsi isə müxtəlif olub.

Aktyor həm də Sara adlı rejissor köməkçisinə təcavüz etməkdə təqsirli bilinib.

Depardye iddiaları rədd edərək bildirib ki, əgər o iddiaçılara toxunubsa, bu, təsadüfən olub. Amma eyni zamanda, aktyor ifadə verərkən qadına toxunmağı seksual aqressiya hesab etmədiyini də söyləyib. Hakimin bu ifadə açıq-aydın xoşuna gəlməyib.

Aktyorun vəkili müvəkkilinin hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş