Kadr korpusunun açıq müsabiqələr əsasında mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir;
Məhkəmə Ekspertizası Mərkəzində:
- inşaat mühəndisliyi,
Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsində:
- inşaat mühəndisliyi,
Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsində:
- kimya,
Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsində:
- biologiya.
Göstərilən ixtisaslar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Müraciət etmək istəyən şəxslər 2025-ci ilin 14 may tarixindən 14 iyul saat 18:00-dək müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlara təqdim edə bilərlər:
- Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası
(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);
- Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 424-58-00);
- Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);
- Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsi
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91), (+99455) 782-61-51);
- Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi
(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel: (02525) 5-01-36, (+99455) 282-82-85);
- Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsi
(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 cu məhəllə, 7/22, tel: (+99455) 710-25-31).
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin rəsmi saytında “İşə qəbul” bölməsində yerləşdirilib. Bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə də təqdim olunacaq.