“Rusiya ilə iqtisadi münasibətlər kəsilərsə, Ermənistan ciddi tənəzzül və ya daha ağır nəticələrlə üzləşəcək”
“Rusiya ilə iqtisadi münasibətlər kəsilərsə, Ermənistan ciddi tənəzzül və ya daha ağır nəticələrlə üzləşəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “RİA Novosti” agentliyinin 2008-ci il Cənubi Osetiya müharibəsinin nəticələri və Tiflisin Qərb ölkələri ilə yaxınlaşması ilə bağlı verdiyi müsahibədə deyib.
Medvedevin sözlərinə görə, Qərb Gürcüstandan "Rusiyaya qarşı geosiyasi mübarizənin kobud aləti" kimi "istifadə edib" və sonra "ögey qızını taleyin ümidinə buraxıb".
O bildirib ki, Qərbə yaxınlaşmağa başlayan İrəvanı da eyni aqibət gözləyir: "Avropa Birliyi və ABŞ bu ölkənin vətəndaşlarının rifahı ilə qətiyyən maraqlanmırlar. Ermənistan Rusiyaya qarşı qoç kimi onlar üçün maraqlı olmağı dayandıran kimi, Qərb fırıldaqçıları bütün vədlərindən dərhal imtina edəcəklər, sanki onlar heç vaxt mövcud olmayıblar. Eyni zamanda, ölkəmizlə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanda dərin daxili böhrana səbəb olacaq. Və bəlkə də daha da pisi olacaq”.