Anar Kərimov Timur Bekmambetovla Azərbaycan kino sənayesinin inkişafı və perspektivlərini müzakirə edib
Mədəniyyət naziri Anar Kərimov dünyaşöhrətli rejissor və prodüser Timur Bekmambetovla görüşüb.
Mədəniyyət Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.

