Əməkdar rəssam Namiq Dadaşov vəfat edib

Mədəniyyət

07.10.2021 - 21:32

76 yaşlı rəssam bu gün dünyasını dəyişib

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib. AYNA xəbər verir ki, bu barədə Rəssamlar İttifaqından bildirilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az