Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi olacaq

Xəbərlər

18.05.2021 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Tutulma hadisəsi saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq

 

Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya bildirilib ki, bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

 

Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

 

İlin ikinci Ay tutulması isə noyabrın 19-da baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq.

 

Tutulmalar zamanı Ay üfüqdən aşağıda olduğuna görə cari ildəki Ay tutulması hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş