"Mançester Siti" Qvardiolanı baş məşqçi postundan göndərəcək

İdman

17.03.2025 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

İngiltərə klubunun baş məşqçisi Sesk Fabreqas ola bilər

İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır. Artıq klub rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıblar.

AYNA.AZ “E-notices”ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin əfsanəvi sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərar verib. Fabreqas hazırda İtaliyanın "Komo" klubuna başçılıq edir və bu yay "Mançester Siti" bir mənbəyə görə, ispan məşqçini şirnikləndirmək üçün əlindən gələni edəcək.

Xatırladaq ki, hazırda İngiltərə klubu Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş