Liderlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəliblər
Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Key Starmer Ukraynaya səfər ediblər. AYNA.AZ xəbər verir ki, liderlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəliblər.
Avropa dövlətlərinin rəhbərlərini Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sıbiqa qarşılayıblar.
Fransa Prezidenti sosial şəbəkədəki “X” səhifəsində Merz, Starmer və Tusk ilə milli bayraqlar fonunda birgə fotosunu yerləşdirib.