Makron Putini atəşkəsə razılaşmağa çağırıb

Dünya

19.05.2025 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya Prezidenti sülh istədiyini göstərməlidir”

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və sonra Rusiya lideri Vladimir Putini Ukraynada qeyd-şərtsiz atəşkəslə razılaşmağa çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Makron “X” sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti ilə söhbəti zamanı “Putinin Trampın təklif etdiyi, Ukrayna və Avropanın dəstəklədiyi 30 günlük qeyd-şərtsiz atəşkəs rejimini qəbul etməyin vacibliyindən” danışıb.

“Rusiya Prezidenti sülh istədiyini göstərməlidir”, - Fransa lideri qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş