Madriddə güclü partlayış zamanı ölən və yaralananların sayı açıqlanıb

Dünya

21.01.2021 - 01:37

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb

 

Madriddə güclü partlayış nəticəsində ölənlərin sayı 3, yaralananların sayı isə 11 nəfərə çatıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Madrid Təcili yardım xidmətinin “Twitter” səhifəsində bildirilib.

 

Qeyd edilib ki, yaralılardan birinin vəziyyəti ağırdır: “Digər 10 nəfər yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb”.

 

Milli Polisin “Twitter” hesabında bildirilib ki, “TEDAX” partlayıcı maddənin zərərsizləşdirilməsi üzrə mütəxəssislər təhlükəsiz tədbirləri gördükdən sonra dağıntılar altında qalması ehtimal edilən insanların axtarışına başlanılacaq. 

Müəllif: Ayna.az