Sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb
Macarıstanda magistral yolda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə macar polisi açıqlama yayıb.
Qeyd olunub ki, qəza nəticəsində 12 nəfər ölüb, yaralananlar var.
Avtobus Budapeştdən təxminən 140 kilometr şərqdə aşıb.