Macarıstan Rusiyanın enerji təchizatından imtina etməyəcək

Dünya

22.11.2024 - 09:49

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: “Macarıstan Rusiya ilə davam edən enerji əməkdaşlığından razıdır”

“Macarıstan Rusiyadan enerji ehtiyatlarının tədarükü ilə kifayətlənir və ondan imtina etmək fikrində deyil. Çünki Macarıstanın daha etibarlı təminatçısı və gəlirləri yoxdur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının Xarici Ticarət Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Macarıstan Rusiya ilə davam edən enerji əməkdaşlığından razıdır. Bizim təcrübəmiz onu göstərir ki, Rusiya etibarlı təchizatçıdır. Biz həmişə razılaşdığımız qiymətə, razılaşdığımız müqaviləyə uyğun enerjini almışıq”, - deyən Siyarto  bildirib ki, Moskvadan daha yaxşı təklif verən hələ ki, yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş