Lukaşenkonun səhhəti pisləşib?

Dünya

16.07.2021 - 17:27

Prezidentin mətbuat katibi məlumatları təkzib edib

 

“Aleksandr Lukaşenkonun səhhəti yaxşıdır”. AYNA xəbər verir ki, bu məlumatı Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont ölkə başçşısının sağlıq durumu ilə bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, Lukaşenko dünən Rusiyadan, Ukraynadan gələn qonaqlarla birlikdə Slavianski bazarının açılışında iştirak edib, daha sonar paytaxt Minskə yola düşüb.

 

“Cənab Lukaşenkonun səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlar saxtadır. Bu məlumatı yayanlar özlərini nüfuzdan salırlar. İnsanları onları görməzdən gəlməyə çağırıram”, - deyə mətbuat katibi əlavə edib.

 

Qeyd edək ki, Belarusun siyasi fəalı Anton Motolko “Telegram” kanalında Lukaşenkonun Vitebskdəki Slavianski bazarının açılışından sonar səhhətinin pisləşdiyini, dərhal təyyarəsində Minskə uçduğunu yazıb.

 

Müəllif: Ayna.az