Lukaşenko hökumətin yeni tərkibini təsdiqləyib

Dünya

05.06.2020 - 07:23

Avqustun 9-da Belarusda Prezident seçkiləri keçiriləcək

 

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin yeni tərkibini təsdiqləyib. 

 

AYNA APA-ya istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin rəsmi internet portalında yerləşdirilib. 

 

Sənədə əsasən, yeni hökumət üzvlərinin əksəriyyəti əvvəlki tərkibdə vəzifələr tutub.

 

Lukaşenkonun bir çox nazirliklərin rəhbərlərini dəyişmədiyi bildirilir: 

 

- Xarici İşlər naziri Vladimir Makey; 

 

- Milli Təhlükəsizlik naziri Valeri Vakulçik; 

 

- Müdafiə naziri Viktor Xrenin; 

 

- Energetika naziri Viktor Karankeviç.

 

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti ölkənin yeni Baş nazirini təyin etmişdi. Yeni Baş nazir əvvəllər Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbəri vəzifəsində çalışan Roman Qolovçenkodur. 

 

Xatırladaq ki, avqustun 9-da Belarusda Prezident seçkiləri keçiriləcək. 1994-cü ildən bəri Lukaşenko ölkəyə rəhbərlik edir. Hazırda prezidentliyə namizədlər sırasında Aleksandr Qriqoryeviç də var.

Müəllif: Ayna.az