“Bundan sonra Belarusun cənubundan və ya qərbindən heç bir addım atılmamalıdır”
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin təhlükəsizlik qüvvələrinə Belarus sərhədini bağlamağı əmr edib. AYNA BelTA-ya istinadən xəbər verir ki, bunu o, sərhəd zonasındakı vəziyyətlə bağlı keçirilən görüşdə açıqlayıb.
Lukaşenko Ukrayna, Polşa, Litva və Latviya ilə sərhədin hər metrini bağlamağı tapşırıb: “Bundan sonra Belarusun cənubundan və ya qərbindən heç bir addım atılmamalıdır”.
Prezidentin fikrincə, Belarus hakimiyyəti ölkə ərazisindən qanunsuz olaraq Litvaya daxil olan miqrantların yenidən ölkəyə göndərilməsindən qorxmalıdır: “Allah qorusun, rəsmi yoxlama məntəqələri vasitəsilə ora dəvət etdikləri adamları qovmaq taktikasını tətbiq etməyə başlayacaqlar”.
Eyni zamanda, Belarus Prezidenti Litva hakimiyyətinin bu cür qərarların nəticələrindən xəbərdar olduğunu vurğulayıb: “Onları xəbərdar etdik və düşünsünlər”.