Liviya Ordusundan daha bir həmlə

Dünya

05.06.2020 - 12:57

Haftarın nəzarətindəki Terhune vilayəti azad edilib

 

Liviya Milli Barış Hökuməti ölkə daxilində əməliyyatları davam etdirir. AYNA xəbər verir ki, Liviya ordusu Terhune vilayətini Haftarın başçılıq etdiyi qanunsuz silahlı birləşmələrdən azad edərək nəzarətə götürüb.

 

Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Baş naziri Feyaz Sarrac arasında yeni əməkdaşlıqla bağlı görüş baş tutub. Ərdoğan görüşdə Liviyanı tək qoymayacaqlarını bildirib. Sarrac isə Liviyanın yenidənqurma müddətində, Liviyada Türkiyə şirkətlərini görmək istədiklərini bildirib.

 

Qeyd edək ki, son günlər sislislə əməliyyatlara başlayan Liviya Ordusu Haftarın nəzarətində olan Vatiyye Hava Bazası, Həmzə, Yermuk və Es-Savarih hərbi düşərgələrini işğalçılardan azad edib. 

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar