Liviya lideri Ərdoğanla görüşəcək

Dünya

04.06.2020 - 14:34

Milli Barışıq Hökuməti Türkiyənin dəstəyi ilə tək hakimiyyətliliyi yenidən ələ keçirir

 

Liviya Milli Barışıq Hökuməti Türkiyənin dəstəyi ilə ölkədə tək hakimiyyətliliyi yenidən ələ keçirir. AYNA xəbər verir bu barədə Liviya Milli Ordusundan açıqlama verilib.

 

Açılqlamada, Haftarın rəhbərlik etdiyi qanunsuz silahlı birləşmələrin paytaxt Tripolidən geri çəkildiyi və Milli Barışıq Hökumətinin Tripolidə nəzarəti ələ aldığı deyilir.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Liviyada tərəflərin atəşkəs danışıqlarını təsdiqlədikdən sonra danışıqlar sürətlənib və hər iki tərəfin liderləri onları dəstəkləyən ölkələrə səfər ediblər. Bununla bağlı, Liviya Milli Barışıq Hökumətinin baş naziri Fayez Sərracın bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir.

Müəllif: Ayna.az