Lisey və gimnaziyalara qəbul imtahanlarının tarixi açıqlanıb

Xəbərlər

25.05.2021 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

“Sistem 2 gündür açılıb, artıq 3000-dən çox şəxs imtahan üçün qeydiyyatdan keçib”

 

Lisey və gimnaziyalara qəbulla bağlı sistem kifayət qədər asandır. AYNA bildirir ki, bu barədə Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

 

Nazirlik rəsmisi bildirib ki, sistem 2 gündür açılıb, artıq 3000-dən çox şəxs imtahan üçün qeydiyyatdan keçib: “16, 17, 18 və 21 iyun tarixlərində lisey və gimnaziyalara qəbul imtahanı olacaq. Başqa sözlə, imtahanlar tədris bitdikdən sonra keçiriləcək. Biz istəyirik ki, şagirdlərimiz yay tətilində rahat dincəlsinlər, çünki istidə imtahana hazırlaşmaq bəzən onlar üçün çətin olur. Ona görə də tədris müddəti bitdikdən dərhal sonra qəbul imtahanı keçirəcəyik. 16 iyunda VI siniflərə qəbul keçiriləcək, bu, o deməkdir ki, hazırda V sinifdə oxuyan şagirdlər imtahan verəcək. 17 iyunda V siniflərə qəbul imtahanı olacaq, yəni hazırda IV sinifdə oxuyan şagirdlər üçün. 18 iyunda VII siniflərə qəbul olacaq, yəni hazırda VI sinifdə oxuyanlar üçün. 21 iyunda isə VIII və IX sinifdə oxuyan şagirdlər üçün qəbul imtahanı olacaq, bu, o deməkdir ki, imtahan hazırda VII və VIII sinifdə oxuyanlar üçün keçiriləcək”.

 

“Hazırkı qərara görə, həftəsonları ictimai nəqliyyat işləmir. İyun ayında nələrin baş verəcəyini hazırda bilmirik. Ona görə də tarixləri həftəiçi günlərə təyin etmişik”, - deyə o, deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş