Ev sahibi dağıntı altında qalaraq ölüb
Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.
AYNA "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Ailənin daha iki üzvü isə xəsarət alıb.
