Lənkəranda karantin qaydaları pozuldu

Xəbərlər

08.03.2021 - 11:18

Polis qayda pozulan 3 obyekt aşkarlayıb, 16 nəfər cərimələnib

 

Karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən 1 bilyard zalı, 1 oyun zalı və 1 çayxananın karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

 

Həmin obyektlərlə bağlı 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az