Lavrov və Rubio Nyu-Yorkda görüşəcəklər

Dünya

15.09.2026 - 17:36

Nazirlə dövlət katibinin görüşü BMT Baş Assambleyası çərçivəsində baş tutacaq

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio tezliklə Nyu-Yorkda görüşəcəklər. AYNA.AZ-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Lavrov görüşla bağlı bu gün deyib.

O, Rubio ilə görüşün BMT Baş Assambleyası çərçivəsində baş tutacağını açıqlayıb.

Rusiya xarici işlər naziri vurğulayıb: "Dövlət katibi Rubio ilə Baş Assambleya çərçivəsində Nyu-Yorkda görüşüm planlaşdırılıb".

Onun sözlərinə görə, görüşdə Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş