Lavrov: “Rusiya Ermənistanın müdafiəsinin təmininə yardım etməyə hazırdır”

Dünya

21.05.2025 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

"Biz təhlükəsizlik sahəsini birliyimizin ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik"

“Moskva Qərb rəsmilərinin hədələrinə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsi iştirakını yüksək qiymətləndirir”. AYNA.AZ “Aysor.am”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.

"Biz təhlükəsizlik sahəsini birliyimizin ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik. Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq", - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. Nazir həmçinin əlavə edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.

Rusiyalı nazir həmçinin əlavə edib ki, Avrasiya İqtisadi İttifaqı qlobal bazarda baş verən təlatümlü hadisələr fonunda sabitlik və səmərəlilik nümayiş etdirərək getdikcə daha effektiv və özünü təmin edən olur. Onun sözlərinə görə, MDB platformasında əməkdaşlığın artırılması da aktual görünür.

“Müxtəlif inteqrasiya strukturlarından danışarkən, biz Ermənistanın həm ŞƏT çərçivəsində, həm də BRİKS-in himayəsi altında perspektivli proseslərə fəal qoşulmasında maraqlıyıq”, - deyə Lavrov fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş