Rusiyanın xarici işlər naziri Ermənistana səfər edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana işgüzar səfərə gəlib. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Lavrov Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ilə danışıqlar aparacaq.
Rusiyalı nazirin Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla da görüşü gözlənilir.
Rusiyalı nazir sonuncu dəfə İrəvana 2022-ci ilin iyununda səfər edib.