“Aİ bir çox amillərə, o cümlədən axmaqlığına, hətta qısagörənliyinə görə üstünlüklərini itirir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın tezliklə Avropa İttifaqına (Aİ) qoşulmaq istəyinin yox olacağını bəyan edib. AYNA.AZ xəbər verir ki, Lavrov bu barədə Şərq İqtisadi Forumunda qeyd edib.
"İqtisadi cəhətdən Aİ bir çox amillərə, o cümlədən axmaqlığına, hətta qısagörənliyinə görə üstünlüklərini itirir. Ətalətdən ölkələr - serbiyalı dostlarımız və indi də erməni həmkarlarımız - Aİ-yə qoşulmaq üçün səylərini davam etdirirlər. Əminəm ki, onların istəyi çox tezliklə yox olacaq", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, Aİ hazırda bütün iqtisadi üstünlüklərini "israf edir".