Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetr saniyə təşkil edir
Sentyabrın 2-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində isə 1 santimetr azalıb. Kürəkçay-Çaykənd ,o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı, Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Təngərüdçay-Vaqo məntəqəsində isə 1 santimetr azalma qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 78 kubmetr saniyə təşkil edir. Bu da ongünlük normanın 64 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 4.50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 6 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 286 santimetr, su sərfi isə 61 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 1 santimetr azalaraq 110, Araz-Novruzluda isə 2 santimetr azalaraq 56 santimetr təşkil edib.