Meyit aidiyyəti üzrə təhvil verilib
Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.