Gəncin axtarışları davam etdirilir
Mingəçevirdə Kür çayında bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hazırda 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin batdığı ehtimal olunan istiqamətlərdə axtarış işləri aparılır.
Əlavə məlumat veriləcək.