“Yerdən ayrıldığımızdan bəri başa verən bu qədər hadisəyə inanmaq çətindir”
Ötən il kosmosa göndərilən üç nəfərdən ibarət heyət Beynəlxalq Kosmik Stansiyadan (ISS) Yerə qayıdıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, amerikalı kosmonavtlar (rus əsilli Oleq Skripoçka və Cessika Meir) 2019-cu ilin sentyabrında Yerdən ayrılmışdılar. Digər kosmonavt amerikalı Endrü Morqan isə 2019-cu ilin iyulundan bəri kosmik fəzadadır.
Cessika Meir son videozəngində jurnalistlərə belə deyib: “Buradan baxanda Yer üzündə koronavirusun yayıldığını görmək olduqca qəribə bir şeydir. Bizim Yerdən ayrıldığımızdan bəri başa verən bu qədər hadisəyə inanmaq çətindir”.
Qeyd edək ki, Skripoçka və Meir kosmosda 205 gün qalıb, Morqan isə 272 gündür oradadır.