“Tramp Rusiyanın lideri ilə söhbətin ancaq bərabərhüquqlu əsasda ola biləcəyini anladı”
“ABŞ Prezidenti Donald Tramp Rusiyanın hamı kimi beynəlxalq münasibətlərin subyekti olduğunu dərk edib”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev “Telegram” kanalında yazıb.
“Tramp Rusiyanın hamı ilə eyni beynəlxalq münasibətlərin subyekti olduğunu və onun lideri ilə söhbətin ancaq bərabərhüquqlu əsasda ola biləcəyini anladı”, - Kosaçev qeyd edib.
Vitse-spiker ümid etdiyini bildirib ki, ABŞ Prezidenti Ukraynanın münaqişənin qlobal xarakter daşıması riski ilə Avropada sülhü pozmağa yönəlmiş obyektə, layihəyə və alətə çevrildiyini başa düşür.
Kosaçevin sözlərinə görə, bu ssenari nə Rusiyaya, nə də hər iki ölkənin təmas nöqtəsi olan ABŞ-a yaraşır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini bildirmişdi. Çünki onun fikrincə, Ukraynada münaqişənin həlli şansı var.