Koronavirusun daha bir növü aşkarlanıb

Dünya

18.02.2021 - 21:52

Yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb

 

Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib. AYNA-nın məlumatına görə, bu barədə məlumatı “NRK” televiziya şirkəti məlumat yayıb.

 

Ötən gün ərzində “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.

 

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq.

 

Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar