Son sutkada 68 min 732 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 min 732 nəfər vaksinasiyadan keçib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52121 nəfərdir.
Ölkədə tətbiq edilən vaksinlərin ümumi sayı 8623360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4778843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3844517 təşkil edir.