Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

30.06.2021 - 17:13

Son sutkada koronavirus əleyhinə 88 min 978 vaksin vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 978 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 174 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az