Koronavirus "The Guardian"ı “vurdu”

Dünya

15.07.2020 - 17:44

Məşhur qəzet koronavirusa görə kütləvi ixtisara hazırlaşır

 

Böyük Britaniyanın tanınmış qəzeti olan "The Guardian"  koronavirusun ağır  nəticələrindən yayına bilməyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, qəzet 180 işçisini ixtisar etməyi düşünür.

 

Qeyd edək ki, XIX əsrdən fəaliyyətdə olan mətbu orqan ingilis dilində gündəlik olaraq 126,879 tirajla yayımlanır. Virusa görə ağır iqtisadi duruma düşən "The Guardian" ixtisarlara məcburi tədbir kimi baxır.

Müəllif: Ayna.az