Koronavirus "Facebook"u da vurdu

Dünya

16.02.2020 - 03:24

Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb 

 

Dünyada yayılmaqda olan koronavirus təhlükəsi bir çox sahələrdə olduğu kimi sosial şəbəkəyə də təsirini göstərir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, texnologiya nəhəngi olan “Facebook”un mart ayında San- Fransiskoda nəzərdə tutulan Qlobal Ticarət Zirvəsi koronavirus səbəbindən olmayacaq. 


Bu il Barselonada keçirilməsi planlaşdırılan başqa bir Mobil Dünya Konqresi də (MWC) bir çox beynəlxalq tədbir kimi təxirə salınıb. Koronavirusla bağlı bir çox ölkələrdə başlayan karantin vəziyyəti  martın 9-12 tarixlərində Moskone Konqres Mərkəzində 4 mindən çox iştirakçının planlarını yarımçıq qoyub. 


Qeyd edək ki, Vuhan şəhərindən başlayaraq bütün Çinə yayılan virusdan bu günədək 1500-dən çox insan ölüb, 60 mindən çox insan isə virusa yoluxub.

Müəllif: Raminə Eyvazqızı