Azərbaycanda son sutkada COVID-19 əleyhinə 1061 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1061 nəfər vaksinasiyadan keçib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 8738000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3929626 təşkil edir.