Köç başladı: ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər

Dünya

01.02.2021 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Naira Zöhrabyan: “Bu mühacirət ermənilər üçün ən böyük mühacirət olacaq”

 

“Təəssüf ki, bu mühacirət ermənilər üçün ən böyük mühacirət olacaq”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri erməni deputat Naira Zohrabyan deyib.

 

Deputat qeyd edib ki, erməni ailələr xarici ölkələrə birtərəfli bilet alırlar: “Erməni ailənin bilet sahibi olan ilk bəxtəvərlərdən biri olmaları ilə əlaqədar sevincini görməli idiniz. Dünən Moskvaya birtərəfli bilet 700 dollara satılırdı. Moskvaya bilet hərracda satılırsa təəccüblənməyin.

Gündəlik çörəkpulu problemini həll etmək üçün Ermənistanı tərk edən ermənini günahlandırmağa haqqım yoxdur. Maraqlı bir nümunə isə odur ki, Ermənistanı tərk edənlərin əksəriyyəti Nikolu (Baş nazir Nikol Paşinyan) seçənlərdir”.

 

Qeyd edək ki, 1 fevraldan etibarən, Rusiya bir ay müddətinə Ermənistan vətəndaşları üçün hava sərhədini açıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş