ABŞ-ın keçmiş Prezidentinə qan zəhərlənməsi diaqnozu qoyulub
ABŞ-ın keçmiş Prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Siyasətçi reanimasiya şöbəsində müalicə alır. Məlumata görə, Birləşmiş Ştatların 42-ci Prezidentinin səhhəti normallaşıb və əhval-ruhiyyəsi yaxşıdır.
Telekanal müəyyən edib ki, Klintona qan zəhərlənməsi diaqnozu qoyulub və ona antibiotik kursu yazılıb.
Qeyd edək ki, Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ-ın Prezidenti olub.