Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib
Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.
Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.