“Kaspi” və “Kaspiy” qəzetlərinə maliyyə yardımı dayandırıldı

Xəbərlər

03.02.2020 - 17:38

cedabet dərman SEO Xidməti

KİVDF-in 2020-ci ilin birinci yarısı üçün maliyyə yardımı ayırdığı qəzetlər sırasında bu iki mətbu orqanın adı yoxdur

 

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur.

 

AYNA xəbər verir ki, bu barədə “Kaspi” qəzetinin internet ünvanında məlumat yerləşdirilib. Orada qeyd olunub ki, hər iki qəzetin kollektivi bununla əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş