Karantin qaydalarını pozan vəkil həbs edilib

Xəbərlər

27.07.2020 - 12:06

cedabet dərman SEO Xidməti

Elçin Nadirov bir ay həbsdə qalacaq

 

Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov bir ay müddətinə inzibati qaydada həbs edilib.

 

Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş