Karantin qaydalarını pozan toy sahibləri cərimələniblər

Xəbərlər

30.07.2021 - 12:24

Toy məclislərində normadan artıq qonağın iştirak etdiyi məlum olub

 

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən üç fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, toy məclislərində normadan artıq qonağın iştirak etdiyi məlum olub.

 

Qayda pozuntularına yol verən ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Müəllif: Ayna.az