Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edilib

Cəmiyyət

11.04.2020 - 18:02

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.

 

Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.

Müəllif: Ayna.az