Karni transatlantik əlaqələri gücləndirməyə və Ottavanın Vaşinqtondan asılılığını azaltmağa çalışır
Kanada hakimiyyəti Ottavanın Ukraynaya 90 milyard avroluq kreditə mümkün töhfəsi ilə bağlı Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparır. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Tərəflər oktyabrın sonunda Monrealda keçiriləcək Aİ sammitindən əvvəl Kanadanın Ukraynaya verdiyi kreditin məbləği barədə razılığa gəlməyə ümid edirlər. Qəzetin məlumatına görə, Kanadanın Baş naziri Mark Karni transatlantik əlaqələri gücləndirməyə və Ottavanın Vaşinqtondan asılılığını azaltmağa çalışır.
Mənbələr iddia edir ki, o, çoxtərəfli nizamı dəstəkləyən "liberal güclər ittifaqı" yaratmaq niyyətindədir və Kanadanın Ukraynaya verilən kreditdə iştirakı onun Avropa müttəfiqlərinə sadiqliyini nümayiş etdirməlidir.