Dünyanın ən yaşlı vəzifədə olan lideri iyunun 7-dən Avropaya gedib və Kameruna qayıtmayıb
Dünyanın ən yaşlı vəzifədə olan dövlət başçısı, 93 yaşlı Kamerun Prezidenti Paul Biya iki aydan çoxdur ki, ölkədən kənardadır. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfər edəcəyini elan edərək Kamerundan çıxıb. Lakin səfər uzanıb və bu, onun vəzifədə olduğu ən uzun səfərlərdən biridir. Bütün bu müddət ərzində dövlət başçısı bir dəfə də olsun ictimaiyyət qarşısında çıxış etməyib.
Müxalifət nümayəndələri Prezidentin uzun müddət yoxluğunun faktiki olaraq hakimiyyət boşluğu yaratdığını və dövlət işlərinin faktiki olaraq avtomatik həyata keçirildiyini iddia edirlər.
Paul Biya 1982-ci ildən bəri Kamerun Prezidenti vəzifəsindədir. O, 2025-ci ilin payızında səkkizinci müddətə yenidən seçilib.