Kallas Trampı Putinə təzyiqi artırmağa çağırıb

Dünya

01.04.2025 - 09:16

Həkimlər Klinikalar SEO Xidməti

Avropa İttifaqının diplomatiya rəhbəri ABŞ-a çağırış edib

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ Prezidenti Donald Tramp administrasiyasını Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmağa çağırıb. AYNA.AZ xəbər verir ki, Kallas bu çağırışı martın 31-də Madriddə Avropa xarici işlər nazirləri ilə görüşdə edib.

"Düşünürəm ki, ABŞ-ın da Rusiyaya daha çox təzyiq göstərmək vəzifəsi var", - Kallas bildirib.

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, Moskva ilk növbədə atəşkəslə razılaşmalı və “bir addım irəli atmalıdır”.

“Bura məsələn, deportasiya edilmiş ukraynalı uşaqların qaytarılması və hərbi əsirlərin azad edilməsi daxil ola bilər”, o əlavə edib.

Madriddə keçirilən məsləhətləşmələrdə Kallasla yanaşı, Polşa, Fransa və İspaniyanın xarici işlər nazirliklərinin rəhbərləri, eləcə də müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş