"Düşünürəm ki, yaxın vaxtlarda biz o yolu açacağıq"
Çeçenistan rəhbəri Ramzan Kadırov Gürcüstana birbaşa yolun açılmasını istəyir.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kadırov İtum-Kali kəndindən Gürcüstana getmək üçün 40-50 dəqiqə vaxt itirildiyini deyib:
“Ancaq Türkiyədən keçməklə Gürcüstana yol açılarsa, bu həm də Avropaya yol deməkdir. Bu isə Şimali Qafqaz üçün çox mühümdür, eləcə də dəmir yolu... Düşünürəm ki, yaxın vaxtlarda biz o yolu açacağıq. Bu o demək deyil ki, bu gün bu məsələ qaldırılır, sabah həll olunacaq. Sadəcə arzulayırıq...”