ABŞ vətəndaşlarından sığınacaqlarda gizlənmələri tələb olunub
Kabil hava limanı atəşə tutulub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasından məlumat verilib.
Qeyd olunur ki, ABŞ vətəndaşlarının hava limanı vasitəsilə təxliyəsi aparılır.
“Hava limanında atəş açıldığına dair xəbərlər var. Bütün ABŞ vətəndaşlarından sığınacaqlarda gizlənmələri tələb olunur”, - deyə məlumatda qeyd edilib.
Məlumatda o da bildirilib ki, ABŞ hərbçiləri hava nəqliyyatının yaxşılaşdırılması üçün yaxın saatlarda Kabil hava limanını nəzarətə götürəcək.