Jurnalistikaya qabiliyyət imtahanı keçiriləcək

Xəbərlər

10.09.2020 - 14:04

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə təşkil olunacaq

 

Dövlət İmtahan Mərkəzi (DİM) sabah 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

 

DİM-dən AYNA-ya verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

 

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Müəllif: Ayna.az