Oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib
İzmirdə zəlzələdə ölənlərin sayı 116 nəfərə çatıb.
AYNA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin açıqlamasında bildirilib.
Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib, zəlzələ nəticəsində yaralanan 1034 nəfərdən 1021-i müalicə olunaraq evə buraxılıb, 8 nəfərin müalicəsi isə hələ də davam edir.